Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman Aparatı tərəfindən Gənclər və İdman Nazirliyi ilə birgə onlayn formada “Gənclərin hüquqları” adlı silsilə maarifləndirmə tədbirləri keçirilir. Bununla əlaqədar 16 iyun 2020-ci il tarixdə Ombudsman Aparatının, Laçın, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Kəlbəcər, Cəbrayıl və Zəngilan rayonlarının Gənclər və İdman idarələri ilə birlikdə "Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda onlayn formatda konfrans keçirilmişdir.Onlayn konfrans Laçın Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutmuşdur.
Konfransda Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova, Ombudsman Aparatının şöbə müdirinin müavini - Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli, Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədov, Xocavənd Rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev, Xocali rayon Məşğulluq mərkəzinin mütəxəssisi Sübhan Hüseynov mövzu ətrafında çıxış etmişdilər.